AŞ-da Dağlıq Qarabağda döyüşlərin şiddətlənməsi məsələsinin rəy almamasına reaksiya
https://azeri.sahartv.ir/news/azərbaycan-i206017-aŞ_da_dağlıq_qarabağda_döyüşlərin_şiddətlənməsi_məsələsinin_rəy_almamasına_reaksiya
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Avropa Şurasında Dağlıq Qarabağ ərazisində döyüşlərin şiddətlənməsi məsələsinin rəy almamasından təəssüflənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2016 10:21 Asia/Baku
  • AŞ-da Dağlıq Qarabağda döyüşlərin şiddətlənməsi məsələsinin rəy almamasına reaksiya
    AŞ-da Dağlıq Qarabağda döyüşlərin şiddətlənməsi məsələsinin rəy almamasına reaksiya

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Avropa Şurasında Dağlıq Qarabağ ərazisində döyüşlərin şiddətlənməsi məsələsinin rəy almamasından təəssüflənib.

Aydın Mirzəzadə Səhər beynəlxalq telekanalı ilə müsahibədə deyib: Təəssüf edirəm ki, Avropa Şurasının üzvləri bu məsələdə dilemma qarşısında qalıblar. Hərçənd bu məsələnin qəbul olunması üçün az sayda səsə ehtiyac var idi. Amma böyük ölkələrin nümayəndələri bu məsələyə qarşı səs verdi və öz himayədarlarını özlərinə tərəf sövq etdirdilər.

Aydın Mirzəzadə əlavə edib: Avropa Şurasının müxalif üzvlərinin nəzərincə, bu qətnamə Azərbaycan Respublikası ilə Ermənistanın Dağlıq Qarabağ üstündə olan ixtilaf və münaqişələrinin həlli üçün maneçilik törədir, halbuki əsl maneə budur ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistan əsgərləri bizim ərazidə yerləşiblər və Minsk Qrupu Ermənistan əsgərlərini çıxarmaq yerinə, işğalçı ilə işğa olunana bir gözlə baxır.