Ermənistan hərbçilərilə döyüşdə bir Azərbaycan R. əsgəri öldürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i206068-ermənistan_hərbçilərilə_döyüşdə_bir_azərbaycan_r._əsgəri_öldürülüb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan hərbçilərilə döyüşdə bu ölkə ordusunun bir əsgərinin ölməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2016 13:14 Asia/Baku
  • Ermənistan hərbçilərilə döyüşdə bir Azərbaycan R. əsgəri öldürülüb
    Ermənistan hərbçilərilə döyüşdə bir Azərbaycan R. əsgəri öldürülüb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan hərbçilərilə döyüşdə bu ölkə ordusunun bir əsgərinin ölməsindən xəbər verib.

Anadolu xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildiirb ki, bu ölkə ordusunun bir əsgəri cümə günü iki ölkənin münaqişəli məntəqələrindən birində Ermənistan hərbçilərilə döyüşdə öldürülüb.

Qeyd edək ki, Ermənistan ilə Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi qarşıdurmaya çevrilibdir.

1994-cü ilin mayından Qarabağ münaqişəsi tərəfləri arasında atəşkəs bərqərar oldu, amma Rusiya, Fransa və Amerikanın birgə sədrliyi altında olan ATƏT-in Minsk Qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi nəticəsiz qalıbdır.