"Günəşli" yatağında baş vermiş qəzada itkin düşən nefçilərdən daha birinin meyiti tapılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i206206-günəşli_yatağında_baş_vermiş_qəzada_itkin_düşən_nefçilərdən_daha_birinin_meyiti_tapılıb
"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2016 17:25 Asia/Baku
  • "Günəşli" yatağında baş vermiş qəzada itkin düşən nefçilərdən daha birinin meyiti tapılıb

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.

APA-nın FHN-in saytında istinadən verdiyi məlumata görə, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, 10-cu dərin dəniz özülündə qəza ötən il dekabrın 4-də baş verib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.