Azərbaycan müdafiə naziri işğal edilmiş ərazilərin hərbi yolla azad edilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i206278-azərbaycan_müdafiə_naziri_işğal_edilmiş_ərazilərin_hərbi_yolla_azad_edilməsini_vurğulayıb
General Zakir Həsənov: Azərbaycan ordusu Qarabağ münaqişəsinin hərbi yolla nizamlanmasına qadirdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2016 11:09 Asia/Baku
  • Azərbaycan müdafiə naziri işğal edilmiş ərazilərin hərbi yolla azad edilməsini vurğulayıb
    Azərbaycan müdafiə naziri işğal edilmiş ərazilərin hərbi yolla azad edilməsini vurğulayıb

General Zakir Həsənov: Azərbaycan ordusu Qarabağ münaqişəsinin hərbi yolla nizamlanmasına qadirdir.

Trend-in məlumatına görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün Azərbaycanda Gənclər Günü münasibəti ilə keçirilən mərasimdə deyib: Azərbaycan tezliklə öz ordusunun qüdrətini Ermənistana göstərmiş olacaq.

General Həsənov həmçinin deyib: Azərbaycan işğalçı Ermənistan ordusunu öz torpaqlarından çıxartmağa hazırdır və tezliklə işğal altında olan torpaqlar Azərbaycan ordusu tərəfindən azad ediləcək və bu ölkənin bayrağı yenidən həmin torpaqlarda dalğalandırılacaq.