Azərbaycanda dövlət tərəfindən dini elmlər mərkəzi yaradılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i206572-azərbaycanda_dövlət_tərəfindən_dini_elmlər_mərkəzi_yaradılır
"Heydər" dini mədəni kompleksinin rəisi "Heydər" məscidində dini elmlər mərkəzinin yaradılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2016 16:20 Asia/Baku
  • Azərbaycanda dövlət tərəfindən dini elmlər mərkəzi yaradılır
    Azərbaycanda dövlət tərəfindən dini elmlər mərkəzi yaradılır

"Heydər" dini mədəni kompleksinin rəisi "Heydər" məscidində dini elmlər mərkəzinin yaradılmasından xəbər verib.

Report.az bildirir ki, Sabir Həsənli jurnalistlərə deyib: Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi ilə bu barədə ilkin anlaşma əldə olunub və dini elmlər mərkəzinin yaradılması ilə bağlı müzakirələr davam edir.

Sabir Həsənlinin dediyinə görə, məktəblilər və atestata malik olan bütün gənclər bu dini elmlər mərkəzində təhsil ala bilər və təhsillərini başa vurduqdan sonra Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplom alacaqlar.

Azərbaycanda xarici ölkələrdə dini təhsil almış şəxslərin dini ayinlərin icrasında iştirakının qadağan edilməsinə görə, ölkədə bu sahədə müəyyən boşluqlar mövcuddur.