Azərbaycanda insan resurslarından düzgün istifadənin olunması araşdırılıb
-
Azərbaycanda insan resurslarından düzgün istifadənin olunması araşdırılıb
Azərbaycan Respublikası prezidentinin xüsusi müşaviri bu ölkədə insan resurslarından düzgün istifadənin edilməsini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının CBC telekanalına istinadla verdiyi məlumata görə, Azərbaycan prezidentinin siyasi və ictimai əlaqələr üzrə xüsusi müşaviri Əli Həsənov Quba rayonu sakinləri ilə görüşdə bildirib: İnsan resursu Azərbaycan Respublikası hökumətinin siyasi prioriteti olmuşdur və hökumət vətəndaşların rifahının yaxşılaşdırılması və onların problemlərinin aradan qaldırılması üçün çalışır.
Hökumətin qeyri-neft sektorların inkişafına xüsusi diqqət ayırdığını bildirən Həsənov deyib: Ötən illərdə neft və qaz sənayesindən əldə olunan gəlirlər qeyri-neft sektoru və insan sərmayəsinin inkişafı üçün istifadə olunub və bu siyasət 10 ildir ki, Azərbaycanda davam edir.
Azərbaycan prezidentinin xüsusi müşaviri ölkənin tranzit potensiallarının genişləndirilməsi istiqamətində hökumətin səylərinə toxunaraq bildirib: Ölkənin şərq-qərb və şimal-cənub dəhlizinin kəsişməsində yerləşdiyini nəzərə alaraq tranzit fürsətlərindən istifadə sahəsində önəmli addımlar atılıb.