ABŞ-ın 18-ci ştatı Xocalı soyqırımını rəsmən tanıdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i207904-abŞ_ın_18_ci_ştatı_xocalı_soyqırımını_rəsmən_tanıdı
ABŞ-ın 18-ci ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2016 11:45 Asia/Baku
  • ABŞ-ın 18-ci ştatı Xocalı soyqırımını rəsmən tanıdı
    ABŞ-ın 18-ci ştatı Xocalı soyqırımını rəsmən tanıdı

ABŞ-ın 18-ci ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.

Səhər Beynəlxalq Televiziyasının Turan İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının ABŞ-ın Los Ancelesdəki baş konsulu Amerikanın Havayi ştatının Xocalı soyqırımını rəsmən tanıdığını bildirib.

Bu məlumata görə, Havayi ştatının qubernatoru tərəfindən yayımlanan bəyanatda Xocalı soyqırımı böyük faciə kimi qeyd olunub və pislənilib.

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan ordusu qüvvələri və yaraqlıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ məntəqəsində Xocalı şəhərinə vəhşicəsinə daxil olub və silahlı olmayan müdafiəsiz insanları qətliam ediblər.

Mövcud statistikalar, o cümlədən İnsan Haqları Təşkilatlarının statistikalarına görə, bu dəhşətli faciədə 613 sivil, o cümlədən 63 uşaq və 106 qadın qətlə yetirilib.