Montana ştatı Xocalı soyqırımını tanıdı
-
Montana ştatı Xocalı soyqırımını tanıdı
ABŞ-ın Montana Ştatı da Xocalı soyqırımını tanıdı.
APA bildirir ki, ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevralı Xocalını Anma günü olaraq tanımağa və yad etməyə çağırıb.
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat verib. Baş Konsulluğa daxil olan sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.
Bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. S. Bulok bəyanatda bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.
Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada Xocalını Anma günü elan edildiyi vurğulanır.
Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.