20 ölkə Qarabağda qanunsuz fəaliyyətə malikdir
Fev 18, 2016 11:38 Asia/Baku
-
20 ölkə Qarabağda qanunsuz fəaliyyətə malikdir
Dünyanın 20-dən artıq ölkəsi Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə malikdir.
Day.az informasiya portalı "Dayilykarabakh" informasiya portalına istinadla bildirir ki, Minsk qrupuna üzv ölkələr o cümlədən Rusiya, Fransa və Amerika da Qarabağda qanunsuz fəaliyyətə malikdirlər.
Aparılan araşdırmaların sonnda aydın olub ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə malik olan şirkətlərin çoxu turizm şirkətləri və mobil telefon operatorları şirkətləridir.
Azərbaycan hökuməti bu məsələ ilə bağlı Amerika, İngiltərə, Almaniya, Fransa, İsveçrə və İtaliyaya etiraz notaları da təqdim edib.