Rəsmi Bakı Xocalı soyqırımı amillərinin cəzalandırılmasını vurğulayır
https://azeri.sahartv.ir/news/azərbaycan-i209044-rəsmi_bakı_xocalı_soyqırımı_amillərinin_cəzalandırılmasını_vurğulayır
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağda Xocalı soyqırımını törədən Ermənistan hərbçilərinin cəzalandırılmasının vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2016 09:24 Asia/Baku
  • Rəsmi Bakı Xocalı soyqırımı amillərinin cəzalandırılmasını vurğulayır
    Rəsmi Bakı Xocalı soyqırımı amillərinin cəzalandırılmasını vurğulayır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağda Xocalı soyqırımını törədən Ermənistan hərbçilərinin cəzalandırılmasının vacibliyini vurğulayıb.

Hikmət Hacıyev Xocalı faciəsinin ildönümü günü ərəfəsində deyib: Ermənistan bu faciə qarşısında məsuliyyət daşıyır və bu cinayətə görə Azərbaycan xalqından üzr istəməlidir.

Azərbaycan XİN sözçüsü bu faciənin beynəlxalq ictimaiyyətdə tanıtdırılması üzrə bu ölkənin səylərini vurğulayıb və əlavə edib: Bu faciənin cəhətlərini dünyaya tanıtdırmaq üçün səylər davam edəcək.

Qeyd edək ki, Ermənistan hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Qarabağda yerləşən Xocalı şəhərinə hücumu nəticəsində 600-dən çox sivil sakin, o cümlədən uşaq, qadın və yaşlı insanlar ermənilər tərəfindən qətlə yetirilib.