Azərbaycan və İran dostluğu hər iki ölkə üçün faydalı olacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i209068-azərbaycan_və_İran_dostluğu_hər_iki_ölkə_üçün_faydalı_olacaq
Gövhər Baxşəliyeva: Tarix sübut edib ki, Azərbaycan İran ilə yaxın və dost əlaqələrinə malik olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2016 12:57 Asia/Baku
  • Azərbaycan və İran dostluğu hər iki ölkə üçün faydalı olacaq
    Azərbaycan və İran dostluğu hər iki ölkə üçün faydalı olacaq

Gövhər Baxşəliyeva: Tarix sübut edib ki, Azərbaycan İran ilə yaxın və dost əlaqələrinə malik olmalıdır.

Azərbaycan Milli Məclisinin üzvü Gövhər Baxşəliyeva Milli.az saytına verdiyi müsahibədə prezident İlham Əliyevin İrana olan səfərinin nəticələri barədə deyib: Bəzən, insanlar arasında olan bəzi ziyalılar elə təsəvvür edirlər ki, İran ilə dostluq Azərbaycanın milli maraqlarına ziddir. Amma, İran ilə dostluq Azərbaycanın milli maraqlarına zidd deyil. Tarix sübut edib ki, Azərbaycan İran ilə yaxın və dost əlaqələrinə malik olmalıdır.

G.Baxşəliyev daha sonra deyib: Doğrudur, İran-Ermənistan əlaqələri, İran qazının Ermənistan yolu ilə Gürcüstana nəql edilməsi məsələsi bizdə nigaralıq doğurur. Belə nəzərə gəlir ki, Ermənistan ilə əlaqələrin qurulması İran dövlətinin strateji maraqları ilə üst-üstə düşür. Buna görə də, biz bu reallığı nəzərə almalıyıq. Biz həmçinin, İran ilə münasibətlərimizi möhkəmləndirməliyik. Bu prizmadan yanaşdıqda İlham Əliyevin İrana səfərini son dərəcə yüksək və konstruktiv dəyərləndirirəm. Bu səfər Tehran və Bakı münasibətlərinə kölgə salan məsələlərin tamamilə öz həllini tapmasına səbəb olacaq.

Millət vəkilinin dediyinə görə, Azərbaycan və İran arasındakı dostluq siyasi və iqtisadi baxımdan hər iki ölkə üçün faydalı olacaq.