Azərebaycanda insan haqları müdafiəçiləri apelyasiya şikayəti ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i209281-azərebaycanda_insan_haqları_müdafiəçiləri_apelyasiya_şikayəti_ediblər
İki insan haqları müdafiəçisi barələrində çıxarılmış ölkədən çıxmaq qadağasının ləğv edilməsi barədə apelyasiya şikayəti ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2016 12:56 Asia/Baku
  • Azərebaycanda insan haqları müdafiəçiləri apelyasiya şikayəti ediblər
    Azərebaycanda insan haqları müdafiəçiləri apelyasiya şikayəti ediblər

İki insan haqları müdafiəçisi barələrində çıxarılmış ölkədən çıxmaq qadağasının ləğv edilməsi barədə apelyasiya şikayəti ediblər.

Modern.az saytının verdiyi məlumata görə, insan haqları müdafiəçiləri olan Leyla və Arif Yunus Apelyasiya Məhkəməsinə müraciət edərək, barələrində çıxarılmış ölkəni tərk etmək qadağasının ləğv edilməsini istəyiblər.

Bu iki insan haqları müdafiəçisinin vəkili olan Elçin Sadıqovun dediyinə görə, Leyla Yunusun səhhətində ciddi problemlər var və müalicə olunmaq üçün ölkə xaricindəki müəlicə mərkəzlərinə müraciət etməsi lazımdır. Amma, hökumət indiyə kimi onun ölkəni tərk etməsinə icazə verməyib.

İnsan haqları müdafiəçilərindən olan Leyla və Arif Yunus 2014-cü ildə maliyyə fırıldaqçılığında ittiham edilərək, ümumilikdə 16 il azadlıqdan məhrum edilmişdilər. Amma, hökumət Leyla Yunusun səhhətində yaranan ciddi problemləri nəzərə alaraq, onların sərbəst buraxılması barədə qərar qəbul edib.