Azərbaycanda yoxsulluq və işsizlik statistikası
https://azeri.sahartv.ir/news/azərbaycan-i209419-azərbaycanda_yoxsulluq_və_işsizlik_statistikası
Azərbaycan Respublikası rəsmilərinin yoxsulların beş faizlik statistikası barəsindəki iddialarının əksinə olaraq, reallıq bu müsəlman ölkəsi əhalisinin əksər hissəsinin ciddi məişət problemindən xəbər verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2016 14:39 Asia/Baku
  • Azərbaycanda yoxsulluq və işsizlik statistikası
    Azərbaycanda yoxsulluq və işsizlik statistikası

Azərbaycan Respublikası rəsmilərinin yoxsulların beş faizlik statistikası barəsindəki iddialarının əksinə olaraq, reallıq bu müsəlman ölkəsi əhalisinin əksər hissəsinin ciddi məişət problemindən xəbər verir.

Sərhədaşırı bölmənin talış dilli radiosunun məlumatına görə, xəbər.az saytının Azərbaycan Respublikası hökumətinin statistikalarına əsasən, ölkə yoxsullarının sayını iyirmi doqquz min səkkiz yüz nəfər elan etdiyi bir halda, təkcə Bakı şəhərində on iki min beş yüz on üç nəfər işsizdir.

Həmçinin son xəbərlərə görə, ötən günlər ərzində Şirvan, Gəncə, Biləsuvar və Cəlilabadın on mindən çox sakini yoxsulluğun artmasına etiraz olaraq öz şəhərlərinin iş və məşğuliyyət mərkəzləri qarşısına toplaşıb.

Ekspertlərin fikrincə, Azərbaycan Respublikasında yoxsul və işsizlərin sayı bir milyon nəfərdən çoxdur.