Bakıda Cənubi Qaz Dəhlizi layihəsinin məşvərət şurasının ikinci iclası keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i209548-bakıda_cənubi_qaz_dəhlizi_layihəsinin_məşvərət_şurasının_ikinci_iclası_keçirilir
Bakıda Azərbaycan qazının Avropaya ixracı üçün Cənubi Qaz Dəhlizi layihəsinin məşvərət şurasının ikinci iclası başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2016 11:21 Asia/Baku
  • Bakıda Cənubi Qaz Dəhlizi layihəsinin məşvərət şurasının ikinci iclası keçirilir
    Bakıda Cənubi Qaz Dəhlizi layihəsinin məşvərət şurasının ikinci iclası keçirilir

Bakıda Azərbaycan qazının Avropaya ixracı üçün Cənubi Qaz Dəhlizi layihəsinin məşvərət şurasının ikinci iclası başlanıb.

APA xəbər agentliyinin məlumatına görə, Bakıda Azərbaycan qazının Avropaya ixracı üçün Cənubi Qaz Dəhlizi layihəsinin məşvərət şurasının ikinci iclasında Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini, Avropa Komissiyasının sədr əvəzi Maruş Şefçoviç iştirak edəcəklər.

Cənubi Qafqaz boru kəməri Xəzər dənizinin Azərbaycan hissəsindən Türkiyəyə köçürülən Cənubi Qaz Dəhlizinin ilk blokudur ki, sonra Trans Anadolu qaz boru kəmərinə qovuşmaqla Avropaya çatacaq.

Trans Anadolu boru kəməri də Cənubi Qaz Dəhlizinin bir hissəsi kimi Azərbaycan Respublikasının qaz yataqlarında istehsal olunan təbii qazı Türkiyə vasitəsilə Avropaya ixrac edəcək.

Trans Adriatik qaz boru kəməri də qərar üzrə 2017-ci ildə istifadəyə veriləcək və Xəzər dənizi hövzəsindən ildə on milyard kub metr qazı Avropaya ixrac edəcək.

Cənubi Qaz Dəhlizi boru kəmərinin icra olunacağı halda, bu layihə Avropanın qaz ehtiyacının 20 faizini təmin edə bilər.