Nardaran hadisəsində öldürülənlərin dəfn məkanı məlum olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i209557-nardaran_hadisəsində_öldürülənlərin_dəfn_məkanı_məlum_olub
Azərbaycan Respublikasının mediaları Nardaran hadisəsində öldürülənlərin dəfn məkanının məlum olmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2016 13:33 Asia/Baku
  • Nardaran hadisəsində öldürülənlərin dəfn məkanı məlum olub
    Nardaran hadisəsində öldürülənlərin dəfn məkanı məlum olub

Azərbaycan Respublikasının mediaları Nardaran hadisəsində öldürülənlərin dəfn məkanının məlum olmasından xəbər veriblər.

Fakt-Xəbər saytının məlumatına görə, Nardaran hadisəsində öldürülənlərdən dördünün dəfn məkanı bu kəndin qədim qəbiristanlığıdır.

Bu məlumata görə, həmin qəbiristanlıq bu məntəqə sakinləri arasında Nardaranın qədim qəbiristanlığı adı ilə tanınır və ötən 20 ildə heç bir şəxs bu qəbirsitanlıqda dəfn olunmayıbdır.

Kənd sakinlərinin sözlərinə görə, bu qəbiristanlıq polis qüvvələri tərəfindən qorunur və həmin məkana giriş qadağandır.

Deyilənlərə görə, Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin 26 noyabr 2015 tarixində Nardarandakı bir məsciddə keçirilən əzadarlıq məclisinə hücumu zamanı Müsəlmanlar Hərəkatının lideri Taleh Bağırzadə onlarla digər islamçı fəal ilə yanaşı, həbs olundu və nardaranlı dindarlardan beş nəfər də öldürüldü.