Regionda dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i209632-regionda_dəmir_yolu_və_dəniz_qurumları_rəhbərlərinin_görüşü_keçirilib
Türkmənistanın Türkmənbaşı şəhərində İran, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 13:06 Asia/Baku
  • Regionda dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib
    Regionda dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib

Türkmənistanın Türkmənbaşı şəhərində İran, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

Tədbirdə «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin inkişafı, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçirib.

Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.