Azərbaycandan İrana 21 iranlı məhbus ekstradisiya olunur
-
Azərbaycandan İrana 21 iranlı məhbus ekstradisiya olunur
Azərbaycan Respublikasında 21 iranlı məhbus öz həbs dövrünün davamı üçün Astara sərhəd keçidindən İranın ədliyyə rəsmilərinə təhvil verilir.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Sərhədaşırı bölmənin talışdilli radiosu ilə telefon müsahibəsində deyib: Azərbaycan Respublikasının ədliyyə naziri ilə görüş və müzakirədən sonra bu gün Azərbaycan Respublikası həbsxanalarında məhbus olan 21 iralı həbs dövünü davam etdirmək üçün İrana ekstradisiya olunması qərara alındı.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığa toxunan Pakayin İran və Azərbaycan Respublikası arasında əlaqələri yüksək səviyyədə qiymətləndirib və əlavə edib: Azərbaycan prezidentinin son Tehran səfəri iki ölkə münasibətlərində yeni səhifə açmışdır.
Azərbaycan Respublikaının ədliyyə naziri Fikrət Məmmədov da bu görüşdə İran əleyhinə sanksiyaların ləğv edilməsi münasibəti ilə təbrik edərək deyib: Azərbaycan prezidentinin İrana səfəri və bu səfər çərçivəsində imzalanan sənədlər iki ölkə əlaqələrinin daha da genişlənməsinə şərait yaradır.