Azərbaycan 21 iranlı məhbusu təhvil verdi
Mart 02, 2016 13:23 Asia/Baku
-
Azərbaycan 21 iranlı məhbusu təhvil verdi
Azərbaycanda həbsdə olan 21 iranlı məhbus bu gün İrana təhvil verilib.
Bu gün 21 iranlı məhbus cəzalarının qalan hissəsini ölkəsində çəkmək üçün İrana təhvil verilib.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, onların arasında 3 qadın var.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov deyib: “Bu işlər iki ölkə arasında məhbusların mübadiləsinə dair sənədə əsasən aparılır. Azərbaycan həbsxanalarında olan digər iranlıların da İrana verilməsi ilə bağlı ən yüksək səviyyədə danışıqlar davam etdirilir. Hazırda Azərbaycan həbsxanalarında 128 İran vətəndaşı olan məhbus var, 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır”.
Məlumata əsasən, təhvilvermə işi Astara sərhəd-keçid məntəqəsində baş tutub.