Azərbaycan R. ilə Ermənistan arasında müharibənin genişlənməsi ehtimalı var
-
Azərbaycan R. ilə Ermənistan arasında müharibənin genişlənməsi ehtimalı var
Ermənistanın müdafiə naziri Azərbaycan Respublikası ilə Ermənistan arasında geniş müharibənin baş verməsi ehtimalından xəbər verib.
Moderator saytının məlumatına görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan çərşənbə günü bir müsahibədə Azərbaycan Respublikası ilə Ermənistan arasında geniş müharibənin baş verməsi ehtimalından xəbər verib.
Seyran Ohanyan Azərbaycan Respublikası ilə Ermənistanın silahlı qüvvələri arasında çəkişmənin artmasına toxunaraq, deyib ki, çəkişmələrin davam edəcəyi halda, hər iki ölkənin geniş müharibəyə hazırlığı zəruridir.
Ohanyan Ermənistanın Azərbaycan Respublikası ilə geniş müharibə üçün yetərli hazırlığa malik olduğunu bildirərək, deyib: Əslində bu, siyasi durum barədə xəbərdarlıqdır və İrəvan lazımi addımları atıbdır.
Ermənistanın müdafiə nazirinin təhdidi elə bir haldadır ki, müxtəlif ölkələrin başçıları və təşkilatlar Qarabağ münaqişəsini müzakirə yolu ilə həll etməyə çalışırlar.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ məntəqəsi üstündə münaqişə 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi qarşıdurmaya çevrilibdir.
1994-cü ilin may ayından münaqişə tərəfələri arasında atəşkəs bərqərar oldu, amma Rusiya, Fransa və ABŞ-ın həmsədrlikləri altında olan ATƏT-in Minsk qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi bir nəticə verməyibdir.