Bakıda mehribanlıq dükanı açılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i209899-bakıda_mehribanlıq_dükanı_açılıb
İranda mehribanlıq divarı adət-ənənəsinin güclənməsindən sonra, Azərbaycan Respublikası, xüsusilə Bakı şəhərində də əhali bu gözəl ənənəyə maraq göstərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 07:43 Asia/Baku
  • Bakıda mehribanlıq dükanı
    Bakıda mehribanlıq dükanı

İranda mehribanlıq divarı adət-ənənəsinin güclənməsindən sonra, Azərbaycan Respublikası, xüsusilə Bakı şəhərində də əhali bu gözəl ənənəyə maraq göstərib.

Bakının Şüvəlan qəsəbəsində insanlar hədiyələri və əsasən gənclər olan 20 nəfərin fəaliyyəti ilə mehribanlıq dükanı işə başlayıb.

"Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" bu dükanda tətbiq olunur. Və daha çox ehtiyacı olmayanlar əlavə və yaxud yenicə aldıqları paltarları mehribanlıq dükanının işçilərinə təhvil verirlər.