Rusiya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələri
https://azeri.sahartv.ir/news/azərbaycan-i209926-rusiya_azərbaycan_strateji_tərəfdaşlıq_əlaqələri
Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: Azərbaycan və Rusiya gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 12:07 Asia/Baku
  • Rusiya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələri
    Rusiya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələri

Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: Azərbaycan və Rusiya gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə ediblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib: Bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir.

Azərbaycan ilə Rusiya arasında fəal siyasi münasibətlərin olduğunu deyən prezident İlham Əliyev Azərbaycan məhsullarının Rusiyaya ixracının həcminin artırılması ilə bağlı fəal iş aparıldığını dedi.

Prezident İlham Əliyev iki ölkənin müvafiq qurumlarının vahid istiqamətdə fəaliyyət göstərdiklərini vurğuladı.

Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin dedi: “Son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Hökumətlərarası Birgə Komissiyamız əməkdaşlığı daha da genişləndirməyə nail olub. Biz bu gün görürük ki, iki dövlət başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir”.

Rusiya Federasiyası baş nazirinin müavini Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu bildirdi.

Dmitri Roqozin Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiya Federasiyasını fəal şəkildə dəstəklədiyini vurğulayaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artığını məmnunluqla qeyd etdi.