Azərbaycanın İrandakı səfiri getdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i210358-azərbaycanın_İrandakı_səfiri_getdi
Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov İrandan geri çağrılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2016 07:31 Asia/Baku
  • Cavanşir Axundov
    Cavanşir Axundov

Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov İrandan geri çağrılıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə C. Axundov Azərbaycanın İrandakı səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Cavanşir Axundov Azərbaycanın Latviyada səfiri təyin edilib.

Axundovun İranda səfir olduğu müddətdə iki ölkə əlaqələri çoxlu eniş-yoxuşlarla müşaiət olundu.

İran- Azərbaycan əlaqələrin yeni inkişaf mərhələsində, Axundovun dəyişdirilməsi ümidverici sayıla bilər.