Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət şərikidir
-
Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət şərikidir
Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu deyib: Bu ölkə Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət şərikidir.
Trendin məlumatına görə, Amerika ən böyük ştatı Alyaskanın konqresi Azərbaycan Respublikası ilə əlaqədar bəyanatda bildirib: Azərbaycan Respublikası sürətlə inkişaf edən dünya ölkələrindən biridir. Bu ölkə ən güclü regional iqtisadiyyata malikdir.
Həmçinin Azərbaycan Respublikası Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət şərikidir. Ötən 25 ildə Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorizm, narkotik maddələrin qaçaqçılığı, insan qaçaqçılığı və kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahələrində öz əməkdaşlıqlarını artırmışlar. Həmçinin Azərbaycan Respublikası ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyində önəmli rolu oynamışdır.
ABŞ-ın bir neçə ştatı Azərbaycanın ayrılmaz ərazisi olmasına baxmayaraq, Dağlıq Qarabağı "respublika" olaraq rəsmən tanıyıb. ABŞ hər il Qarabağ erməniləri və Ermənistana milyonlarla dollar əvəzsiz maliyyə yardımlarını ayırır.