Minsk Qrupu öz fəaliyyətini davam etdirir
https://azeri.sahartv.ir/news/azərbaycan-i210520-minsk_qrupu_öz_fəaliyyətini_davam_etdirir
Azərbaycan hökuməti Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını dəstəkləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2016 11:12 Asia/Baku
  • Minsk Qrupu öz fəaliyyətini davam etdirir
    Minsk Qrupu öz fəaliyyətini davam etdirir

Azərbaycan hökuməti Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını dəstəkləyib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ANS telekanalında bir verilişdə iştirakı zamanı deyib: Minsk Qrupunun fəaliyyəti və bütün üzv ölkələr ilə müştərək iclasların təşkil edilməsi beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana təzyiq göstərmək üçün mövcud vasitələrdən biridir. Azərbaycan Minsk Qrupunun fəaliyyətini hərtərəfli formada himayə edir.

A.Əzimov Rusiyanın Ermənistana silah yardımları barədə də deyib: Rusiya Ermənistanın hava zonasını müdafiə edir və bu ölkənin sərhədlərinə nəzarət edir.

Bundan başqa Ermənistan iqtisadiyyatının 70%-i Rusiyaya məxsusdur.

Azərbaycan xarici işlər nazirinin müavini Rusiyanın İrəvan hökumətini həm Ermənistan ərazisində həm də öz ərazisində himayə etdiyini də qeyd edib və deyib: Buna baxmayaraq, müharibənin başlanacağı təqdirdə Azərbaycan öz ərazisində ermənilər ilə savaşa girmiş olacaq.

Araz Əzimov əlavə edib: Azərbaycan hökuməti Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirləri görəcək. Belə olan təqdirdə, Rusiyanın Qarabağ münaqişəsində Ermənistanı himayə etməsi qanunlara ziddir.

Analitiklər bldirirlər ki, rəsmi Bakı Minsk Qrupunun fəaliyyətini tənqid etsə də, Araz Əzimovun son sözləri Azərbaycan hökumətinin Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun vasitəçilik missiyasının davam etdirilməsi ilə bağlı razılığının əlamətidir. Azərbaycan rəsmiləri bir neçə ildir ki, davamlı olaraq Minsk Qrupunun fəaliyyətlərini tənqid edirlər. Amma, buna baxmayaraq, həmsədr ölkələr ilə əlaqələrini qorumaq üçün Minsk Qrupunun öz fəaliyyətini davam etdirməsi ilə razılaşmalı olurlar.