İran sərhəd qoşunları komandanı QMİ sədri ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i210847-İran_sərhəd_qoşunları_komandanı_qmİ_sədri_ilə_görüşüb
İran İslam Respublikası sərhəd qoşunları komandanı general Qasım Rzayi Azərbaycana olan səfərinin davamında Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2016 11:58 Asia/Baku
  • İran sərhəd qoşunları komandanı QMİ sədri ilə görüşüb
    İran sərhəd qoşunları komandanı QMİ sədri ilə görüşüb

İran İslam Respublikası sərhəd qoşunları komandanı general Qasım Rzayi Azərbaycana olan səfərinin davamında Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Qasım Rzayi bu görüşdə deyib: İran və Azərbaycan arasında sərhəd xidmətləri üzrə konstruktiv əməkdaşlıqlar sayəsində, iki ölkə arasında bu sahədə heç bir problem mövcud deyil.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də bu görüşdə ümidvarlıq edib ki, İranda keçirilən İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərin nəticələri qardaş ölkə olan İran üçün xeyirli olsun.

İran sərhəd qoşunları komandanı həmçinin, Azərbaycana olan səfərinin davamında bu ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə də görüşüb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov general Qasım Rzayi ilə görüşdə rəhbərlik etdiyi nazirlik ilə İranın əlaqədar qrumları arasındakı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb və deyib: İki dost və qonşu ölkə arasındakı əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir.

Qazım Rzayi də bu görüşdə novruz bayramı ərəfəsində Azərbaycana olan səfərini son dərəcə yaxşı qiymətləndirib və İran ilə Azərbaycan arasında əlaqədar qrumların əməkdaşlıqlarının möhkəmləndirilməsinə təkid edib.