İran və Azərbaycan arasında məhbus mübadiləsi və ədliyyə əməkdaşlıqlarının davamı
https://azeri.sahartv.ir/news/azərbaycan-i210979-İran_və_azərbaycan_arasında_məhbus_mübadiləsi_və_ədliyyə_əməkdaşlıqlarının_davamı
İran İslam Respublikası və Azərbaycan Respublikası arasında 3-cü dövr məhbusların mübadiləsi fonunda, 5 iranlı və 6 azəbaycanlı məhbus Astara sərhəd körpüsündə mübadilə olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2016 12:56 Asia/Baku
  • İran və Azərbaycan arasında məhbus mübadiləsi və ədliyyə əməkdaşlıqlarının davamı
    İran və Azərbaycan arasında məhbus mübadiləsi və ədliyyə əməkdaşlıqlarının davamı

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında 3-cü dövr məhbusların mübadiləsi fonunda, 5 iranlı və 6 azəbaycanlı məhbus Astara sərhəd körpüsündə mübadilə olunub.

Astara sərhəd-liman şəhərinin ümumi və inqilab prokuroru deyib: Məhkumların ekstradisiyası üzrə 1376 saylı anlaşma qərarının icrası istiqamətində və iki ölkə başçısı və yüksək səviyyəli rəsmilərinin iradəsi çərçivəsində baş tutan siyasi və ədliyyə məsləhətləşmələri ardınca, iki ölkənin məhkumlarının mübadiləsinin şahidi olduq.

Əhməd Ebadi ötən illərdə həyata keçirilən məhbusların ekstradisiyasına toxunaraq deyib: 5 iranlı məhbus və 6 azərbaycanlı məhbus mübadilə olundular.

Mübadilə olunan şəxslərin məhkumluqlarına münasibət bildirən prokuror əlavə edib: Narkotik maddələr, məhsul və valyuta qaçaqçılığı iki ölkə rasında mübadilə oluan məhbusların əsas cinayətidir.

Bundan öncə 12 dekabr və 2 martda 33 iranlı məhbus Astara sərhəd keçidində İran rəsmilərinə təhvil verilmişdir.

Hal-hazırda 150-dən çox iranlı Azərbaycan həbsxanalarında dustaqdır və bu şəxslərin də ən qısa zamanda ölkəyə gətirilməsi üçün şəraitin yaradılmasına səy göstərilir.