Azərbaycan-İran sərhədində öldürülən terrorçuların kimliyi müəyyən edildi
Mart 14, 2016 07:08 Asia/Baku
-
Azərbaycan-İran sərhədində öldürülən terrorçuların kimliyi müəyyən edildi
Azərbaycan sərhədçiləri ilə çıxan silahlı toqquşmada öldürülənlərin kimliyi müəyyən edilib. Bu silahlılar banqladeşli bir terrorçu qruplaşmanın üzvləri olublr.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəsmi internet saytında yer alan məlumata görə, Yardımlı rayonunda yerləşən Daşkənd kəndinə yaxın ərazidən qanunsuz şəkildə İrana keçməyə cəhd göstərən bir qrup şəxs Azərbaycan sərhədçilərinə silahlı müqavimət göstəriblər.
Azərbaycan sərhədçiləri ilə bu silahlı qruplaşma üzvləri arasında çıxan silahlı qarşıdurma zamanı 5 terrorçu məhv edilib.
Bu hadisənin ardınca İran-Azərbaycan əlaqələrini gözü götürməyən bəzi dairələr öldürülən şəxslərin iranlı olduqlarını iddia etmişdilər.