Əliyev Ankaraya səfər edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i211249-Əliyev_ankaraya_səfər_edib
Azərbaycan Respublikası prezidenti Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Ankaradakı partlayışa görə Bakıya səfərinin təxirə düşməsi üzündən Türkiyə dövləti ilə həmrəylik ifadə etmək üçün Ankaraya səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2016 16:53 Asia/Baku
  • Əliyev Ankaraya səfər edib
    Əliyev Ankaraya səfər edib

Azərbaycan Respublikası prezidenti Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Ankaradakı partlayışa görə Bakıya səfərinin təxirə düşməsi üzündən Türkiyə dövləti ilə həmrəylik ifadə etmək üçün Ankaraya səfər edib.

APA-nın məlumatına görə, İlham Əliyev bundan öncə martın 15-də Ərdoğanın iştirakı ilə Bakıda keçirilməli olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak üçün Ankaraya səfər edib.

Bu iclasın Ankarada keçirilməsi təklifi İlham Əliyev tərəfindən verilib və Rəcəb Tayyıb Ərdoğan azəri tərəfin bu təklifini rəğbətlə qarşılayıb.

Rəcəb Tayyıb Ərdoğanın martın 15-də keçirilməli olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak üçün Bakıya səfəri ikinci dəfə və Türkiyə paytaxtında partlayışın baş verməsi üzündən ləğv olunub.