Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalanıb
Mart 15, 2016 16:55 Asia/Baku
-
Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalanıb
Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 sənəd imzalanıb.
İclasdan sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib: “Biz TANAP və TAP layihəsini vaxtlı-vaxtında icra etməyə çalışacağıq. İnanıram ki, 2 il sonra TANAP-ın açılışını qeyd edəcəyik”.
Əliyev qeyd edib: “Bu gün Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir,”.
İ. Əliyevin sözlərinə görə, qaçqınlar Avropada təhqirlərlə üzləşirlər: “Bəs ümumbəşəri dəyərlər, insan haqları, demokratiya harada qaldı? Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, səslərini ucaldırlar”.
Teqlər