Türkiyə Azərbaycanla qarşılıqlı sərmayələrin həcmini 20 milyard dollara çatdırmağı planlaşdırır
https://azeri.sahartv.ir/news/azərbaycan-i211276-türkiyə_azərbaycanla_qarşılıqlı_sərmayələrin_həcmini_20_milyard_dollara_çatdırmağı_planlaşdırır
Ərdoğan: "Azərbaycanla qarşılıqlı sərmayələrimizin həcmini 5 il ərzində 20 milyard dollara çatdırmağı planlaşdırırıq”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2016 10:08 Asia/Baku
  • Türkiyə Azərbaycanla qarşılıqlı sərmayələrin həcmini 20 milyard dollara çatdırmağı planlaşdırır
    Türkiyə Azərbaycanla qarşılıqlı sərmayələrin həcmini 20 milyard dollara çatdırmağı planlaşdırır

Ərdoğan: "Azərbaycanla qarşılıqlı sərmayələrimizin həcmini 5 il ərzində 20 milyard dollara çatdırmağı planlaşdırırıq”

“Prezident İlham Əliyevi 2016-cı ili multukulturalizm ili elan etməsi münasibətilə təbrik edirəm ”.

APA-nın məlumatına görə, bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, bu ayın sonunda Vaşinqtonda keçiriləcək nüvə sammitində də Azərbaycan prezidenti ilə bir araya gələcək: "Bundan başqa, dəyərli qardaşımı 23-24 mayda Türkiyədə keçiriləcək Beynəlxalq Humanitar Sammitə dəvət etdim. Bundan əvvəl - aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbir iştirak üçün Bakıda olacağam. Dekabrda isə Bakı-Tbilisi-Qars dəmir yolunun birgə açılışını həyata keçirəcəyik. 2015-ci ildə əldə olunmuş 1,5 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini qoruyuruq. Qarşılıqlı sərmayələrimiz 13 milyard dollardır, 5 il ərzində bunu 20 milyard dollara çıxarmağı planlaşdırırıq”.

Türkiyə prezidenti Naxçıvanın böyük turizm potensialı olduğunu da qeyd edib.