“Günəşli” yatağında yeni özül istismara verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i211303-günəşli_yatağında_yeni_özül_istismara_verilib
“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülü istismara verilmişdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2016 11:27 Asia/Baku
  • “Günəşli” yatağında yeni özül istismara verilib
    “Günəşli” yatağında yeni özül istismara verilib

“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülü istismara verilmişdir.

Martın 14-də “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülü istismara verilmişdir. Bu münasibətlə keçirilən açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak etmişlər.

Socar.az saytının verdiyi məlumata görə, Rövnəq Abdullayev bildirib ki, 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül “Günəşli” yatağının şərqindəki tağyanı sahədə yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılmışdır.

R.Abdullayevin dediyinə görə, özülün üst hissəsini təşkil edən platformada 1 ədəd vertolyot meydançası və 2 ədəd gəmi yanalma meydançası habelə, işçi personalının rahat və təhlükəsiz çalışması üçün məişət evi və 120 nəfərlik yaşayış binası inşa edilmişdir.

İnşaat işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilmişdir. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir.