İlahiyyatçı Z.Mikayılzadədən xəbər var
https://azeri.sahartv.ir/news/azərbaycan-i211603-İlahiyyatçı_z.mikayılzadədən_xəbər_var
Dünən Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2016 10:02 Asia/Baku
  • İlahiyyatçı Z.Mikayılzadədən xəbər var
    İlahiyyatçı Z.Mikayılzadədən xəbər var

Dünən Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib.

Bu haqda İslamazeri.az-a ilahiyyatçının vəkili Rüstəm Zülfüqarov məlumat verib.

Vəkilin bildirdiyinə görə, dünən Nəsimi Rayon Məhkəməsində Zülfüqar Mikayılzadənin həbs müddətinin ev dustağlığına buraxılması haqqında iclas keçirilib.

Məhkəmə ruhaninin ev dustağlığına buraxılmasına "yox" deyib.

Bu gün isə, bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilib.

İlahiyyatçının vəkili Hacı Zülfüqar Mikayılzadənin səhhətinin və ruhiyyəsinin yaxşı olduğunu, bütün möminlərə salam dediyini və Novruz bayramı münasibətilə təbrik etdiyini bildirib.