Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi iki dəfə azalıb
Mart 19, 2016 06:48 Asia/Baku
-
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi iki dəfə azalıb
2015-ci ilin IV rübündə fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 181 milyon dollar təşkil edib.
“APA” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2014-cü ilin IV rübü ilə müqayisədə 147 milyon ABŞ dolları və ya 1,81 dəfə azdır.
Ötən il Rusiyadan fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri vasitəsilə transsərhəd pulköçürmələrinin həcminə görə, MDB ölkələri arasında ilk yerdə Özbəkistan, sonuncu yerdə isə Türkmənistan qərarlaşıb. Azərbaycan siyahıda 7-ci yerdə dayanıb.
Teqlər