Azərbaycan Respublikası prezidenti Novruz şənliyində iştirak edib
Mart 19, 2016 10:42 Asia/Baku
-
Azərbaycan Respublikası prezidenti Novruz şənliyində iştirak edib
Bakıda Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.
Prezident Əliyev əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib. İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi.