Rusiya: Qarabağ münaqişəsinin nizamlanmasına öyünməyə heç bir əsas yoxdur
-
Rusiya: Qarabağ münaqişəsinin nizamlanmasına öyünməyə heç bir əsas yoxdur
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylər göstərsə də, hələlik öyünməyə heç bir əsas yoxdur.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib:
“Qarabağ məsələsinə gəlincə, əlbəttə, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə şərait yaratmır”.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün Minsk Qrupu ilə ardıcıl şəkildə səylər göstərir. Hələlik öyünməyə heç bir əsas yoxdur, lakin yeganə çıxış yolu “beşliyin” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”, - deyə Peskov əlavə edib.