Azərbaycan yeni tranzit yolları yaradır
-
Azərbaycan yeni tranzit yolları yaradır
Azərbaycan prezidenti ölkədə şərq-qərb və şimal-cənub tranzit yollarının yaradılmasından xəbər verib.
İRİB-nin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev deyib: Azərbaycan şərq-qərb tranzit yolunun əhəmiyyətinin artmasını nəzərə alaraq, Gürcüstan və Türkiyə ilə müştərək taarif siyasəti barədə təklif ilə çıxış edib və bu təklif müsbət qarşılanıb. Və hal hazırda bu istiqamətdə lazımi işlər görülür.
Prezidnet İlham Əliyev Çin, Gürcüstan və Türkiyəyə olan səfəri zamanı bu xüsusda müzakirələrin aparıldığını deyib.
İ.Əliyev yeni tranzit yolunun yaradılmasına da işarə edib və deyib: Asiyadan Avropaya uzanan ən qısa yol Azərbaycan ərazisindən keçəcək.
Azərbaycan prezidenti bu barədə İran və Rusiya ilə danışıqların aparıldığını da qeyd edib.
"Bu marşrutun yaradılmasından sonra Azərbaycan uzunmüddətli siyasi və iqtisadi gəlir əldə edəcək" - deyə Əliyev bildirib.