Mart 29, 2016 20:14 Asia/Baku
  • Azərbaycan Respublikası xalqının gəliri azalıb
    Azərbaycan Respublikası xalqının gəliri azalıb

Azərbaycan Respublikası xalqının adambaşına düşən gəliri neftin beynəlxalq qiymətinin azalmasından qaynaqlanan iqtisadi problemlər üzündən kəskin dərəcədə aşağı düşüb.

Azadlıq qəzeti yazıb: Təqdim olunmuş statistikalara görə, Azərbaycan Respublikası xalqının pul gəlirləri son zamanlar 43,5% azalıb. Ölkədə investisiya da 86%-dək azalıbdır.

İqtisadi ekspert Nemət Əliyev bu barədə deyir: Azərbaycan Respublikasının pul vahidi olan manatın dəyəri yarıyadək azalıb və xalqın gəlirinin azalması belə bir vəziyyətdə təbii görünür.

O, əlavə edib: Ölkədə investisiyaların azalması haqda demək lazımdır ki, əgər bir ölkənin iqtisadiyyatına sərmayə yatırılmazsa, onun iqtisadi inkişafı barədə danışmaq olmaz.

Əliyev söyləyib: Hal-hazırda iqtisadi böhran bütün sahələrdə müşahidə olunur, buna görə, dövlət ölkə iqtisadiyyatında ciddi və əsaslı islahatlara əl atmalıdır.

Bu iqtisadi ekspert əlavə edib: Azərbaycan Respublikasında ən mühüm problem, iqtisadiyyatda inhisarçılıq və yeyinti hallarıdır.

Teqlər