Azərbaycana məxsus helikopterin vurulması yalandır - Müdafiə Nazirliyi
https://azeri.sahartv.ir/news/azərbaycan-i213364-azərbaycana_məxsus_helikopterin_vurulması_yalandır_müdafiə_nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi: Azərbaycana məxsus helikopterin vurulması barədə məlumatlar yalandır
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2016 08:04 Asia/Baku
  • Azərbaycana məxsus helikopterin vurulması yalandır - Müdafiə Nazirliyi
    Azərbaycana məxsus helikopterin vurulması yalandır - Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi: Azərbaycana məxsus helikopterin vurulması barədə məlumatlar yalandır

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə Ermənistan mətbuatında yazılanlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar kökündən yalandır: “Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir”

Qeyd edək ki, ermənilər Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, "Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb".

Məlumata görə, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

"Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb", deyə qeyd edilib.