Qarabağda güclü qarşıdurmalar
Apr 02, 2016 12:08 Asia/Baku
-
Qarabağda güclü qarşıdurmalar
Məlumatlı mənbələr Azərbaycan Respublikası və Ermənistan hərbi qüvvələrinin Qarabağda güclü toqquşmaları və bölgədə atəşkəsin pozulmasından xəbər veriblər.
Röytersin məlumatına görə, bu mənbələr bildiriblər ki, Ermənistan Hərbi Hava Qüvvələri bölgədə Azərbaycan Respublikasının bir hərbi helikopterini vurublar.
Azərbaycan Respublikası ordusu Ermənistanın bu iddiasını rədd edib.
Ermənistan Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib: Azərbaycan Respublikası qüvvələri tank və toplardan istifadə edərək atşkəsi pozublar və bu hücumun qarşısı alınıb.
Azərbaycan Respublikası və Ermənistan rəsmiləri qarşıdurmaların başlanmasında bir-birlərini suçlayırlar.