Mogerini: "Şiddətli qarşıdurmalar məni narahat edir"
Apr 02, 2016 15:00 Asia/Baku
-
Mogerini: "Şiddətli qarşıdurmalar məni narahat edir"
Avropa Birliyi dərhal düşmənçiliyin dayandırılmasına və atəşkəs elan olunmasına çağırıb.
Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Azərbaycanla Ermənistan arasında baş verən şiddətli toqquşma ilə bağlı bəyanatında qeyd edib.
"Təmas xətti boyunca şiddətli qarşıdurmalar məni narahat edir. Tərəflər iradə göstərməli və gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməlidir. Moqerini itkilərədə məyus olduğunu qeyd edib.
Avropa Birliyi ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
"Biz iki tərəfin qətiliklə atəşkəsə uymaq, hərbi qüvvələrin istifadə olunmaması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün addımlar atılacağını gözləyirik". -deyə Mogerini bildirib.