Dağlıq Qarabağdakı qarşıdurmalara reaksiyalar
Azərbaycan Respublikası və Ermənistanın Dağlıq Qarabağda təmas xəttində qarşıdurması dünya səviyyəsində müxtəli rezonanslar doğurmuşdur.
BMT baş katibi Ban Ki Mun Qarabağda qarşıdurmaların dayandırılmasını istəyib.
Sin-Xoanın məlumatına görə, Ban Ki Mun Azərbaycan Respublikası və Ermənistanın təmas xəttində atışmanın onu dərindən narahat etdiyini bildirərək deyib: O əsasən ağır silahlardan istifadə və tələfatın yuxarı olması, xüsusilə də sivillərin həlak olmasına dair yayılan məlumatlardan nigaran olmuşdur.
BMT baş katibi əlaqədar bütün tərəfləri qarşıdurmaya dərhal son qoymağa, atəşkəsə riayət etməyə və gərginliyi regiondan uzaqlaşdırmaq üçün lazımi addımları öz gündəmlərinə salmağa çağırıb.
ABŞ Dövlət Departamenti də Qarabağdakı qarşıdurmaları kəskin pisləyib və tərəfləri qarşıdurmanı dayandırmaqla atəşkəsin yenidən bərpası üçün dərhal danışıqlara başlamağa çağırıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da ötən gün bir müraciətdə rəsmi Bakını Qarabağda gərginliyi alovlandıran addımlardan çəkinməyə çağırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu da öz azərbaycanlı və erməni həmkarları ilə telefon danışıqlarında Dağlıq Qarabağda qarşıdurmanın dərhal dayandırılmasını istəyiblər.
Rusiya müdafiə naziri Sergey Şoyqu bununla əlaqədar Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov və Ermənistan müdafiə naziri Seyran Ohanyanla telefon danışığında Qarabağdakı son vəziyyəti araşdırıb.
Bu telefon danışıqlarında Qarabağda vəziyyətin təsbit olunması üçün dərhal tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Rusiya XİN də xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə telefonla danışdığını bildirib.
Rusiya XİN öz bəyanatında Moskvanın Qarabağda silahlı qarşıdurmaların başlanmasından dərin narahat olduğunu və tərəfləri təmkinli olmağa və qarşıdurmadan çəkinməyə çağırdığını bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi də ötən gecə bir bəyanat verərək Ermənistanı təmas xəttində Azərbaycan hərbçilərinə doğru atəş açmaqda və atəşkəsi pozmaqda ittiham edib və qarşıdurmalara son qoyulmasını istəyib.
Bu bəyanatda bildirilib: Ermənistan əsrin bir rübünə yaxındır ki, Azərbaycanın ərazisinin beşdə birini işğal edib, Ermənistanın Azərbaycan ərazisinin işğalına son qoymadığı və öz hücum mövqeyindn vaz keçmədiyi zamana qədər, təəssüflər olsun ki, belə qarşıdurmaların şahidi olacağıq.
Bu bəyanatda əlavə olunur: Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində dinc yolla Qarabağ münaqişəsinin həllini istəyir və bu istiqamətdə öz səylərini davam etdirəcək.
ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ın ANS telekanalının müxbirinə verdiyi müsahibədə Qarabağ məsələsinin həllində Minsk qrupunu səhlənkarlıqda suçlayıb.
Dağlıq Qarabağın illərdin Ermənistanın işğalı altında olduğunu bildirən Ərdoğan iddia edib ki, əgər Minsk qrupunun həmsədrləri öz vəzifələrini yerinə yetirsəydilər və səhlənkarlıq etməsəydilər, hazırda belə vəziyyətin şahidi olmazdıq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari şənbə gecə deyib: Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağda qarşıdurmaların şiddətlənməsi İslam Respublikasının dərin nigaranlığına səbəb olub və Tehran hər iki şimal qonşusunu təmkinli olmağa və qarşıdurmanı dərhal dayandırmağa çağırır.
Cabiri Ənsari Azərbaycan və Ermənistanın Qarabağda qarşıdurmalarına münasibət bildirərkən əlavə edib: Bölgənin radikal qruplaşmaların dəhşətli hərəkətlərinin şahidi olduğu və stabillik və təhlülkəsizliyə ehtiyaclı olduğu bir halda, Azərbaycan Respublikası və Ermənistan arasında Qarabağda qarşıdurmaların güclənməsi ilə əlaqədar nigaranedici xəbərlərin gəlməsi İran İslam Respublikasının dərin nigaranlığına səbəb olmuşdur.
İran XİN sözçüsü əlavə edib: İran hər iki şimal qonşusunu təmkinli olmağa və şəraiti çətinləşdirəcək istənilən hərəkətdən çəkinməyə dəvət edir və qarşıdurmaları dərhal dayandırmaqla sülh qrupları və BMT çərçivəsində ixtilafların dinc yolla həlli və sabitliyin qayıtması üçün öz bütün səylərini göstərməyə çağırır.
Bidirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə əsasən, ötən gün işğal olunmuş Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə Ermənistan qüvvələri arasına baş verən qarşıdurmada 12 azərbaycanlı hərbçi həlak olub.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan 18 erməni əsgərin öldüyünü və 35 nəfərin də yaralandığını bildirib.
Həmçinin bildirilir ki, Qarabağdakı son qarşıdurmalarda 12 yaşlı bir uşaq da atışmanın qurbanı olub.
Bu qarşıdurmada Azərbaycan Respublikasının bir hərbi helikopteri vurulub və 2 strateji yüksəklik və bir kənd Azərbaycan qüvvələrinn nəzarətinə keçib.
Ermənistan və Azərbaycan Respublikası rəsmiləri silahlı qarşıdurmaların başlanmasında qarşılıqlı olaraq bir-birlərini suçlayırlar.
Bildirlir ki, Ermənistan və Azərbaycan Respubliaksı illərdir Dağlıq Qarabağın mülkiyyəti üzərində münaqişə tərəfləridir. Halbuki Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir və Ermənistan tərəfindən işğal olunmuşdur. 1988-ci ildə erməni silahlı birləşmələri Azərbaycanın ərazisi olan Qarabağı işğal etmək üçün müharibəni başlayıblar və SSRİ-nin dağılmasından sonra bu müharibə daha da şiddətlənib.
1994-cü ildə Ermənistan ordusu Qarabağla birlikdə Azərbaycan ərazisinin bir hissəsini işğal etdikdən sonra atəşkəs elan olundu. Lakin qarşıdurma həqiqi mənada heç vaxt dayanmayıb və tərəflər hərdən bir hərbi qarşıdurmalara daxil olurlar.