Azərbaycan Müdafiə Nazirliyi birtərəfli atəşkəs elan etdi
-
Azərbaycan Müdafiə Nazirliyi birtərəfli atəşkəs elan etdi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki,beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və Azərbaycanın yaşayış məntəqələri, mövqeləri təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə Azərbaycan ordusu silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyünün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək.