Cəbhə xəttində atışma davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i213568-cəbhə_xəttində_atışma_davam_edir
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Respublikası tərəfindən birtərəfli qaydada atəşkəsin elan olunmasına baxmayaraq, Qarabağda qarşıdurmalar davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2016 14:41 Asia/Baku
  • Cəbhə xəttində atışma davam edir
    Cəbhə xəttində atışma davam edir

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Respublikası tərəfindən birtərəfli qaydada atəşkəsin elan olunmasına baxmayaraq, Qarabağda qarşıdurmalar davam etməkdədir.

Fars Xəbər Agentliyinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü deyib: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qarabağda birtərəfli qaydada atəşkəs barəsindəki bəyanatı reallığı əks etdirmir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı bu ölkə ilə Ermənistan arasında Qarabağda qarşıdurmaların dayandırılması üçün birtərəfli qaydada atəşkəsin elan olunduğunu bildirib.

Məlumata görə, Azərbaycan Respublikası hədələyib ki, hərbçiləri hücuma məruz qaldığı halda qarşılıqlı cavab veriləcək.

Cümə axşamı gecə Dağlıq Qarabağda cəbhə xəttində Azərbaycan və Ermənistan qüvvələri arasında qarşıdurma baş verib.