Kanada XIN rəhbəri Dağlıq Qarabağda atəşkəsi bərpa etməyə çağırıb
Apr 04, 2016 11:56 Asia/Baku
Kanadanın xarici işlər naziri Stefan Dion Dağlıq Qarabağda münaqişə tərəflərinə müraciət edərək, onları təmkinli olmağa çağırıb.
APA-nın xəbərinə görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəsmi saytındakı məlumatda deyilir.
“Kanada Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. Biz tərəfləri təmkinli olmağa, atəşkəsi bərpa etməyə və ATƏT-in Minsk qrupu çərçivəsində dialoqu fəal şəkildə davam etdirməyə çağırırıq”, məlumatda qeyd olunur.
Stefan Dion bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.