Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”
Apr 04, 2016 07:32 Asia/Baku
-
Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi təmas xəttində yaranan vəziyyəti diqqətli şəkildə izləyir”.
APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib. “Quruma üzv dövlətlərin bununla bağlı mövqeyi dəfələrlə bəyan edilib: Atəş dayandırılmalı və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Aydın olan bir məsələ var: Hamıya ancaq sülh lazımdır”, - deyə o, söyləyib.
Baş katib əlavə edib ki, bu münaqişə mövcud beynəlxalq mexanizmlər çərçivəsində ancaq siyasi yollarla həll edilməlidir.
Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
Teqlər