AİP-in Qarabağdakı son döyüşlərə reaksiyası
https://azeri.sahartv.ir/news/azərbaycan-i213649-aİp_in_qarabağdakı_son_döyüşlərə_reaksiyası
Azərbaycan Respublikası İslam Partiyası bu ölkə ilə Ermənistan qüvvələrinin Qarabağdakı döyüşlərinə etiraz olaraq, bəyanat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2016 11:18 Asia/Baku
  • AİP-in Qarabağdakı son döyüşlərə reaksiyası
    AİP-in Qarabağdakı son döyüşlərə reaksiyası

Azərbaycan Respublikası İslam Partiyası bu ölkə ilə Ermənistan qüvvələrinin Qarabağdakı döyüşlərinə etiraz olaraq, bəyanat yayıb.

İslam Azeri saytının məlumatına görə, Azərbaycan Respublikası İslam Partiyası bir bəyanatda atəşkəsin erməni qüvvələr tərəfindən pozulmasını pisləyib.

Azərbaycan Respublikası İslam Partiyasının bəyanatında deyilir: Ermənistan qüvvələri tərəfindən atəşkəsin pozulması müəyyən hədəflər güdür.

Bəyanatda sonra deyilir: Azərbaycan Respublikası qüvvələri Ermənistana işğal olunmuş ərazilərdə meydan sulamaq icazəsi verməyəcəklər və təcavüzkarlar öz evlərinə qayıtmalıdırlar.

Azərbaycan Respublikası İslam Partiyası bu ölkə ordusunun silahlı qüvvələrinin qəhrəmancasına hərəkətlərini yüksək dəyərləndirərək, həlak olanların ailələrinə və bütün xalqa başsağlığı veribdir.