Azərbaycan R. hərbçilərinin Ermənistan ordusu tərəfindən öldürülməsi
-
Azərbaycan R. hərbçilərinin Ermənistan ordusu tərəfindən öldürülməsi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, bazar ertəsi günü bu ölkənin üç hərbçisi Ermənistan ordusunun artilleriya hücumları nəticəsində Qarabağ məntəqəsində həyatını itirib.
Press TV-nin məlumatına görə, bu nazirlik bildirib ki, Ermənistan Azərbaycan Respublikasının mövqelərinə qarşı hücumlarında minomyot və qumbaraatanlardan istifadə edibdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Ermənistan tərəfindən təhrikedici hərəkətlərin davam edəcəyi halda, Bakı da bu ölkənin mövqelərinə qarşı hərtərəfli hücumlarını malik olduğu silahlardan istifadə ilə başlayacaq.
Beləliklə, Azərbaycan Respublikası ilə Ermənistan arasında döyüşlərin başlanmasından bəri həlak olmuş azərbaycanlı hərbçilərin sayı on beş nəfərə çatıb.
Cümə günü axşam çağından bəri Azərbaycan Respublikası və Ermənistan hərbçiləri Qarabağ məntəqəsinin nəzarət xətləri boyunca döyüşüblər və iki ökənin bu məntəqə üzərindəki savaşı bir daha alovlanıbdır.
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə başlanıbdır.