Azərbaycan Respublikası tələbələri Ermənistan əleyhinə aksiya keçiriblər
Apr 04, 2016 14:53 Asia/Baku
-
Azərbaycan Respublikası tələbələri Ermənistan əleyhinə aksiya keçiriblər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri bu ölkənin Ermənistanla münaqişəli məntəqədəki döyüşlərə etiraz olaraq, aksiya keçiriblər.
Report internet portalının məlumatına görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri bazar ertəsi günü Bakıda Ermənistan ordusunun Azərbaycan Respublikasının mövqelərinə qarşı hücumlarını pisləyib və işğal olunmuş əraizlərin azad olunmasını tələb ediblər.
Etirazçı tələbələr həmçinin "Qarabağ bizimdir, düşmənə verməyəcəyik!" şüarı verib, dövlət himnini oxuyaraq, özlərinin Ermənistan tərəfindən atəşkəsin pozulmasına olan etirazlarını bildiriblər.