Vaizi Mustafayevlə telefonla danışdı
-
Vaizi Mustafayevlə telefonla danışdı
İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanın sənaye və iqtisadiyyat naziri ilə telefon söhbətində Azərbaycan Respublikası ilə Ermənistan arasında ixtilafların həll olunması və atəşkəsin bərqərar edilməsi üçün İranın hazır olduğunu elan edib.
İRNA-nın məlumatına görə, Vaizi bu telefon söhbətində deyib: İran Azərbaycan və Ermənistan arasında qarıdurmalara dərhal son qoyulmasını istəyir.
İranın rabitə və informasiya texnologiyalar naziri həmçinin bu telefon söhbətində əlavə edib: Yəqin ki, qarşıdurmaların davam etməsi bölgənin bütün sakinləri və xalqların mənafelərinin xəsarət görməsi ilə nəticələnəcək.
Bu telefon söhbətində həmçinin İran və Azərbaycan arasında iqtisdi əməkdaşlıqların izlənilməsi, Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərində əldə olunmuş anlaşmalar araşdırılıb və fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublkasının sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev də bu telefon söhbətində Dağlıq Qarabağ böhranının həlli, müharibə odunun söndürülməsi və qan axıdılmasının qarşısının alınmasında İran İslam Respublikasının səylərinə öz təşəkkürünü bildirərək deyib: Azərbaycan Respublikası bu qarşıdurmaların qarşısının dərhal alınmasında maraqlıdır və bu istiqamətdə Azərbaycan Respublikası prezidenti birtərəfli qaydada atəşkəs elan edib.