Ermənilərin mərmisi 16 yaşlı qızın həyatına son qoydu
Apr 05, 2016 09:34 Asia/Baku
-
Ermənilərin mərmisi 16 yaşlı qızın həyatına son qoydu
Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması nəticəsində daha bir dinc sakin həlak olub. Hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində qeydə alınıb.
Faktxəbərin məlumatına görə, mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb. Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.
16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb.
Teqlər